Marathonbet mobil ümumi baxış – Mükəmməl tətbiqlər və özəlliklər

Bu yazımızda Marathonbet mobil versiya haqda hər bir xırda detalla tanış ola biləcəksiniz.

Visa mer

Yazımızın ilk bölməsində Marathonbet mərc saytının mobil veb-saytı, daha sonrasında isə həm Android, həm də iOS üçün olan mobil tətbiqlərini nəzərdən keçirəcəyik. Mobil tətbiqlərin xüsusiyyətləri ilə də bağlı əhaətli bir bölümümüz olacaqdır. Sonda isə mərc saytının mobil versiyası ilə yekun fikirlərimizi sizinlə bölüşəcəyik.

Visa mindre
Marathonbet ana səhifəsi
Yoxlanılmayıb
Marathonbet
1
  • Asan naviqasiya olunma xüsusiyyəti
  • İdman mərcləri üçün ətraflı statistikalar
  • Azərbaycan dilini dəstəkləyir
Lisenziya
  • Ödəniş metodları:
*Qayda və şərtlər tətbiq olunur
Bonus: 1
Çıxarılma: 1
Depozit: 1
Valyutalar: 1
Proqram təminatı: 1
İstifadəçi yönümlü: 1

Marathonbet veb-saytının mobil versiyası

Artıq onlayn mərcsevərlərin çoxu mərc etmək üçün mobil telefonlardan istifadə etməyə üstünlük verir. Əgər siz də mobildən mərc etməyi sevirsinizsə, Marathonbet sizin üçün uyğun bir seçim ola bilər. Çünki mərc saytı kifayət qədər yaxşı dizayn edilmiş və funksional bir mobil platformaya sahibdir. Siz istənilən smartfon və ya planşet ilə Marathonbet giriş mobil veb-saytına daxil ola və mərc saytının bütün funksiyalarından istifadə edə bilərsiniz. Marathonbet-in mobil saytını onun kompüter versiyası ilə müqayisə etdikə arada ciddi bir fərqin olmadığını da görəcəksiniz.

Marathonbet-in ən yaxşı cəhətlərindən biri veb-saytının Azərbaycan dilinə tərcümə olunmasıdır. Digər bir üstünlük isə mobil veb-saytın olduqca rahat naviqasiya olunma xüsusiyyətinə sahib olmasındadır. Veb-sayta daxil olduqda, ana səhifədə idman növləri, onun aşağısında isə canlı və oyunöncəsi (idman bölümündə) idman hadisələri qruplaşdırılmışdır. Əgər Marathonbet mobil veb-saytında girişdə hər hansı problemlə qarşılaşsanız, alternativ olaraq saytımızdakı Marathonbet mobile зеркало linklərindən istifadə edə bilərsiniz.

Marathonbet Android tətbiqi

Əgər Marathonbet-i mobil tətbiq üzərindən istifadə etmək niyyətindəsinizsə, Android üçün olan tətbiqi yalnız bukmeker kontorunun rəsmi saytından yükləməyiniz lazımdır. Bunun səbəbi "Google Play Store”-un öz platformasında heç bir real pullu mərc tətbiqlərinə icazə verməməsidir. Bu tətbiqi başqa saytlardan yükləməyiniz isə təhlükəsizliyiniz baxımından problemlərə yol aça bilər. Ona görə biz Marathonbet mobile Android tətbiqini yalnız mərc saytının özündən yükləməyinizi tövsiyə edirik. Aşağıda Android mobil tətbiqini yükləmək qaydasını addım-addım izah edirik:

Qeyd edək ki, mobil veb-sayt kimi, Marathonbet Android tətbiqi də Azərbaycan dilini dəstəkləməkdədir.

Marathonbet
Marathonbet Android app

Marathonbet iOS tətbiqi

Android istifadəçilərindən fərqli olaraq, iOS istifadəçilərinin Marathonbet mobile app operatorun veb-saytından yükləməsinə ehtiyac yoxdur. Əgər siz iOS istifadəçisinizsə, siz sadəcə "App Store” daxil olaraq, dəqiqələr içində Marathonbet mobile indir edə bilərsiniz. Ancaq tətbiqi yükləmədən öncə tənzimləmələrdə müəyyən dəyişikliklər etməyiniz lazım gələcək. "App Store” hesab tənzimləmələrinə daxil olub, ölkənizi Marathonbet tətbiqinin mövcud olduğu ölkələrdən birinə (məsələn, Rusiya) dəyişirsiniz. Daha sonra isə tələb olunan hesab məlumatlarınızı daxil edirsiniz. Bunları etdikdən sonra axtarış yerində Marathonbet yazaraq, tətbiqi yükləyə və quraşdıra bilərsiniz.

Marathonbet iOS app böyük ölçüdə Android tətbiqi ilə eynidir. Bu mobil tətbiq vasitəsilə mərc saytının bütün funksiyalarından istifadə etmək mümkündür. Tətbiq sizə idman hadisələrinə canlı mərclər etmək, matçları canlı yayım və ya animasiya rejimində izləmək imkanı verir. Bukmeker kontorunun applikasiyası ilə həmçinin, siz matçların canlı və oyunöncəsi statistikaları ilə tanış ola bilərsiniz. Lakin Android tətbiqdən fərqli olaraq, iOS tətbiqində kazino oyunlarını oynamaq mümkün deyil.

Marathonbet
Marathonbet iOS app

Bir Kliklə Mərc – Çoxsaylı özəlliklərdən biri

Həm Android, həm də iOS üçün olan Marathonbet mobile app istifadəçilərə rahat mərc etmə imkanı verən bir sıra önəmli funksiyalarla təchiz edilib. Məsələn, applikasiyanın daxilindəki "Bir kliklə Mərc” funksiyası sizə sadəcə bir toxunuşla sürətli mərclər etmə imkanı verir. Tətbiq vasitəsilə siz uduşlu və uduzan mərclər, kampaniya və bonus təklifləri haqda bildirişlər də alacaqsınız. Nəticələr adlı bölümdə isə siz bitmiş və davam edən idman hadisələrinin nəticələri haqda məlumat ala bilərsiniz. Tətbiqin daxilindəki "Tarixçə” bölümündə isə sizin mərcləriniz və hesabınıza aid keçmiş fəaliyyətləriniz cəmlənmişdir.

Təhlükəsizliyinizi artırmaq üçün mobil tətbiqlər sizə giriş kodu və barmaq izi tanınmasından istifadə etmək imkanı da verir. Siz həmçinin, applikasiyalarda müəyyən müddət qeyri-fəal olduqda hesabınızdan avtomatik çıxılmasını tənzimləyə bilərsiniz. Ümumiyyətlə, Marathonbet istifadəçilərinin təhlükəsizliyinə olduqca ciddi yanaşan mərc saytlarından biridir. Bütün bu funksiyalarla yanaşı, mobil tətbiqlər sizə əmsal növlərini, "cash out” parametlərini tənzimləmək kimi imkanlar da tanıyır.

Nəticə

Marathonbet-in hər iki mobil tətbiqinin istifadəçi dostu interfeysə sahib olduğunu deyə bilərik. Həm iOS, həm də Android tətbiqi istifadəçilərin keyflə mərc etməsi üçün lazım olan bütün xüsusiyyətlərə sahibdir. Olduqca bəsit menyu tərtibatı sayəsində mobil tətbiqlərdən istifadə etmək çox asan və rahatdır. Mobil tətbiqlər vasitəsilə siz olduğunuz hər yerdən matçlara həm oyunöncəsi, həm də canlı mərclər yerləşdirə bilərsiniz. Üstəlik, applikasiyalar sizə matçları pulsuz şəkildə canlı izləmək imkanı da verir.

Tətbiqlər üzərindən mərc saytının 24/7 fəaliyyət göstərən canlı çatı ilə əlaqə yaratmaq, habelə sayta depozit və pul çıxarışları etmək mümkündür. Mobil tətbiqlər bir sıra faydalı funksiyalara da sahibdir.

Marathonbet istifadəçiləri mobil tətbiqlərlə yanaşı, mərc saytının mobil versiyasını da istifadə edə bilərlər. Mobil veb-sayt üzərindən mərc saytının əsas xidmət və funksiyaları əlçatandır. Operatorun həm mobil tətbiqləri, həm də veb-saytı Azərbaycan dilini dəstəkləməkdədir. Nəticə olaraq, Marathonbet bu gün Azərbaycan bazarında fəaliyyət göstərən mərc saytları arasında mobil dostu xüsusiyyətinə görə ən yaxşılardan biridir.

FAQ

Android üçün olan mobil tətbiqdə istifadəçilər idman mərcləri ilə yanaşı, masa oyunları, canlı kazino oyunları, slotlar, poker və loto oyunları kimi çeşidli qumar məhsullarında bəxtlərini sınaya bilərlər. Lakin, təəssüf ki, Marathonbet iOS app üçün olan tətbiqdə yalnız idman mərcləri etmək mümkündür. iOS istifadəçiləri operatorun digər qumar məhsullarını mobil veb-saytdan üzərindən oynaya bilərlər.

Marathonbet-in həm mobil veb-saytında, həm də mobile applikasiyalarında canlı yayım funksiyası mövcuddur. Mərc saytı istifadəçilərə bir çox idman hadisələrini yüksək keyfiyyətlə canlı izləmək imkanı tanıyır. Canlı yayımın mövcud olmadığı oyunları isə animasiya rejimində izləmək mümkündür. Bununla yanaşı, mərc saytı hər oyun üçün ətraflı statistika da təqdim edir.

Xeyr. Bunun səbəbi "Play Store”-un artıq bir müddətdir ki, bütün real pullu mərc tətbiqlərini öz platformasında qadağan etməsidir. Siz bu operatorun original Android tətbiqini mərc saytının özündən yükləyə bilərsiniz. Unutmayın ki, tətbiqi internetdəki hər hansı başqa bir mənbədən yükləmək təhlükəsizliyinizə təhdid doğura bilər.

open
Top