Marathonbet Azerbaycan bukmeker şirkəti haqqında icmal
Marathonbet sizin regionunuzdan oyunçuları qəbul etmir! Sizin üçün ən yaxşı seçimimiz MELbet-dir!
MELbet qeydiyyatMarathonbet bukmeker şirkəti mərc sahəsində uğurlu fəaliyyət göstərən və geniş istifadəçi kütləsinə sahib olan mərc şirkətlərindən biridir.
Şirkətin bu uğurunun əsasında dünya miqyasında və həmçinin azərbaycanlı istifadəçilər üçün təklif etdiyi geniş mərc marketi, yüksək əmsallar, sürətli ödənişlər, yüksək güvənlik kimi amillər dayanır. Bu məqaləmizdə bukmeker şirkətini ətraflı olaraq incələyib Marathonbet qeydiyyat, bonuslar, mərc marketləri, dizayn, müştəri xidmətləri kimi bir sıra məsələlərə toxunacağıq.
- Bonus üçün asan şərtlər
- Güvənli mərc şirkəti olması
- Pul vəsaitlərinin sürətli çıxarışı
- Ödəniş metodları:
Marathonbet-də necə qeydiyyatdan keçmək olar?
Bukmeker şirkətində qeydiyyatdan keçmək üçün mərc şirkətinin platformasına daxil olduqdan sonra sağ üst küncdəki qeydiyyat düyməsini seçməlisiniz. Qarşınızda bəzi məlumatlarınızı daxil etməli olduğunuz Marathonbet qeydiyyat pəncərəsi açılacaqdır. İlk öncə ölkənizi və qeydiyyatda olduğunuz şəhəri seçməlisiniz. Daha sonra ad, soyad, doğum tarixi, elektron poçt ünvanınızı və mobil nömrənizi daxil etməyiniz lazımdır.
Marathonbet Azerbaycan qeydiyyat zamanı sizdən həmçinin özünüzə istifadəçi adı da təyin etməyinizi tələb edilir. Bu istifadəçi adı unikal olmalıdır və daha sonra dəyişdirmək mümkün olayacandır. Hesabınızı daha güvənli hala gətirmək üçün sizdən tələb olunan güvənlilik sualını seçərək cavabınızı daxil etdikdən sonra oyun valyutanızı da təyin edərək Marathonbet qeydiyyat prosesini tamamlamış olacaqsınız.
Bukmeker şirkətində qeydiyyatdan keçdiyiniz zaman sizdən heç bir kart məlumatları və sənədlər istənilməyəcəkdir. Sadəcə qeydiyyatınızı tamamladıqdan sonra elektron poçt ünvanınıza göndərilən keçid linkinə klikləməklə, Marathonbet hesabınızı aktiv edə bilirsiniz. Daha sonrakı əməliyyatınız zamanı şəxsi kabinetinizə daxil olmaqla şəxsiyyət vəsiqənizin və ya passportunuzun elektron nüsxəsini göndərərək hesabınızı təsdiq etmiş olursunuz.
Bukmeker şirkəti həmçinin yeni qeydiyyatdan keçən istifadəçilər üçün xoş gəldin bonusu təklif edir. Bu bonusun məbləği 120 avroya qədərdir və sizin etdiyiniz ilk depozitə uyğun olaraq hesabınıza köçürüləcəkdir.
Marathonbet bukmeker şirkətində mövcud bonuslar
Bukmeker şirkəti Marathonbet bonus kampaniyaları ilə zəngindir və istifadəçiləri üçün çox sayda bonuslar, aksiyalar və prizlər təqdim edir. Mərc şirkətində istifadəçilər üçün əlçatan olan bonuslar aşağıdakılardır.
Xoş gəldin bonusu
- Bonus: Xoş gəldin bonusu
- Minimum əmsal: 1.50
Bu bonus mərc şirkətində yalnız yeni qeydiyyatdan keçən istifadəçilər üçün keçərlidir. Bonus kampaniyasından faydalanmaq istəyən istifadəçilər bir sıra şərtləri yerinə yetirməlidir. Belə ki, Marathonbet Azerbaycan mərc şirkətindən qeydiyyatdan keçdikdən sonra hesabınıza minimum 5 avrodan başlayaraq depozit etməlisiniz. Daha sonra sizin hesabınızı təsdiqləməyiniz lazımdır və bunu şəxsiyyət vəsiqənizin və ya xarici passportunuzun elektron nüsxəsini göndərərək, edə bilərsiniz.
Bonus yalnız ekspress növdə Marathonbet idman mərcləri üçün şamil olunur. Hər birinin əmsal 1.5-dən yüksək olmaqla, ən azı 3 müsabiqədən ekspresslər toplamalısınız. Mərciniz kvalifikasiya edildikdən sonra mərc məbləğinin 10%-ni keşbek olaraq hesabınıza əldə edəcəksiniz. Xoşgəldin bonusu qeydiyyatdan keçdiyiniz andan etibarən növbəti 6 həftə ərzində hər həftə sizə təqdim olunacaqdır. Əldə edə biləcəyiniz məbləğ həftəlik maksimum 20 avro olmaqla, toplamda 120 avrodur.
Avanslı mərc
Marathonbet bukmeker şirkətinin təqdim etdiyi bu özəllik sayəsində hesabınızda pul olmadıqda belə sizin mərc etmək imkanınız olur. Avanslı mərc bir kredit deyil və sizə hesablanmayan mərcləriniz əsasında mərc etmək imkanı tanıyır. Bunun üçün nəticəsini gözlədiyiniz və növbəti 48 saat ərzində başlamalı olan müsabiqənin yer aldığı mərciniz olmalıdır. Avanslı mərc yalnız Marathonbet idman mərcləri bölməsində qəbul olunur. Bu mərc funksiyası canlı oyunlarda və ya 48 saat ərzində başlanılacaq müsabiqələrdən ibarət kuponlarda istifadə oluna bilər.
Əlavə məlumat kimi onu da qeyd edək ki, sizin sayəsində avanslı mərcinizi etdiyiniz bütün kuponlarınız məğlub olarsa, bu zaman sizin Marathonbet Azerbaycan-a borcunuz olmayacaqdır. Avanslı mərc üçün verilən məbləğ avtomatik olaraq ləğv ediləcəkdir.
Qolsuz (0:0)
Yalnız Marathonbet futbol mərcləri üçün təklif olunan bu kampaniyadan yararlanmaq üçün bonus kataloqundan qolsuz (0:0) seçimi edərək onu qəbul etməlisiniz. Bonus məbləğini əldə etmək üçün hər hansı bir canlı və ya başlamamış futbol müsabiqəsi üçün dəqiq hesab marketindən 0:0 nəticəsi istisna olmaqla, digər dəqiq hesab nəticlərini seçməlisiniz. Əgər oyunun yekun hesabı 0:0 olarsa, hesabınıza Marathonbet tərəfindən fərdi mərc üçün seçmə paya bərabər məbləğdə pulsuz mərc təqdim olunacaqdır. Maksimum məbləğ 30 avroya qədərdir və təqdim edildiyi andan etibarən 7 gün ərzində istifadə edilməlidir.
Mərc şirkətinin istifadəçiləri üçün həmçinin loyallıq proqramı dəstəyi də vardır. Bunun üçün Marathonbet Club üzvü olmağınız lazımdır və qoşulduğunuz andan etibarən yerləşdirdiyiniz mərclər üçün xallar əldə edəcəksiniz. Loyallıq xalları əldə etmək üçün isə sizin 1.30 əmsalından başlayaraq, minimum 0.10 avro məbləğində mərclər yerləşdirməyiniz lazımdır. Əldə etdiyiniz loyallıq xalları ilə bonus kataloqundakı üstünlüklərdən yararlana bilərsiniz.
Bukmeker şirkətinin istifadəçilər üçün təklif etdiyi digər çoxsaylı bonuslar, prizlər və aksiyalar haqqında kampaniyalar bölməsinə daxil olaraq, daha ətraflı tanış ola bilərsiniz.
Marathonbet Azerbaycan – Depozit və çıxarışlar
Marathon Bet qeydiyyat prosesini tamamladıqdan sonra asanlıqla hesabınıza pul vəsaitləri əldə edə bilərsiniz. Bunun üçün mərc şirkətinə daxil olduqdan sonra sağ üst küncdə yer alan depozit düyməsini sıxmalısınız. Qeydiyyat zamanı seçdiyiniz valyuta növündən asılı olaraq depozit üsulları da fərqli olur. Marathonbet Azerbaycan-da AZN valyutası ilə qeydiyyatdan keçmisinizsə, Visa, Mastercard və Maestro bank kartlarının hər biri ilə balansınızı artıra bilərsiniz. Əlavə məlumat kimi onu da qeyd edək ki, hesabınızı artırmaq istədiyiniz bank kartı sizin öz adınıza olmalıdır. Əks halda depozit mərc şirkəti tərəfindən ləğv ediləcəkdir.
Hesabınızın valyutasını avro və ya dollara dəyişdirdikdən sonra sizin hesabınızda bir sıra depozit metodları əlçatan olacaqdır. Bunlara həm bank kartları, həm elektron pulqabılar, həm də kriptovalyutalar vasitəsilə ödənişlər daxildir. Mümkün ödəniş növləri və tələb olunan minimum depozit miqdarı aşağıdakı şəkildədir:
- # Visa, Mastercard, Maestro kartları (minimum depozit məbləği € 1)
- # WebMoney, Perfect Money, advcash, AstroPay, Piastrix (minimum depozit məbləği € 1)
- # Skrill, NETELLER, MuchBetter, ecoPayz (minimum depozit məbləği € 5)
- # Maracoin (minimum depozit məbləği € 10)
Marathonbet bukmeker şirkəti heç bir yerli ödəmə üsulunu qəbul etmir. Bukmeker şirkətinə edilən depozitlərdə heç bir əlavə komissiya tutulmur və vəsaitlər ödənildikdən bir neçə dəqiqə sonra sizin hesabınızda öz əksini tapır.
Mərc şirkətindən çıxarış etmək üçün sağ hissədə yer alan paneldən çıxarış bölməsini seçməlisiniz. Qarşınızda bir neçə fərqli çıxarış üsulu dəstəkləyən bölmə açılacaqdır. Bu ödəniş üsulları ilə tanış olduqdan sonra sizə uyğun olanını seçərək, çıxarış məbləğini daxil etdikdən sonra çıxarış tələbi edə bilərsiniz. Əlavə olaraq onu da qeyd edək ki, hesabınızdan çıxarış etmək üçün sizin hesabınızı təsdiqləməyiniz lazımdır. Hesab təsdiqləmə prosesi asan şəkildə tərtib edilmişdir və şəxsiyyətinizi təsdiq edən müvafiq sənədi təqdim etdikdən sonra Marathonbet Azerbaycan tərəfindən qısa zaman ərzində hesabınız təsdiqlənəcəkdir.
Depozitlərlə yanaşı pul vəsaitlərinin çıxarışı zamanı bukmeker şirkəti tərəfindən sizdən heç bir əlavə komissiya tutulmayacaqdır.
Marketlər və mərc etmək qaydası
Marathonbet idman mərcləri üzrə istifadəçilərinə çox geniş market seçimləri təklif edir. Sol hissədəki paneldən idman növünü və daha sonra idman müsabiqəsini seçdikdən sonra marketlərlə tanış olmaq mümkündür. Mövcud marketlər əsas oyun nəticəsi, handikap nəticələr, toplam qol sayı, müxtəlif qol marketləri, hissə nəticələri, interval marketləri və başqa marketlər olaraq bölmələrə ayrılmışdır. Bu bölmələrin hər biri üzrə ayrı-ayrılıqda geniş alt market seçimləri də yer almışdır.
Hər hansı bir müsabiqə üzrə mövcud marketlər arasında seçim etdikdən sonra mərcinizi yerləşdirmək üçün nəticənin üzərinə klikləməlisiniz. Sizin kuponunuz avtomatik olaraq Marathonbet tərəfindən yaradılacaq və sağ hissədə əks olunacaqdır. Kuponun ümumi quruluşu digər mərc şirkətlərinə nəzərən nisbətən fərqlidir və burada daha çox seçim vardır. Müsabiqələri əlavə etdikdən sonra kuponun yuxarı hissəsində təklər, ekspress, çoxsaylı, antiekspress və sistem kimi seçimlər əks olunur.
Bu bölmələrin hər biri isə fərqli funksiyalara sahibdir. Məsələn, siz təklər bölməsini seçdikdən sonra seçilmiş hər bir müsabiqə üçün mərc məbləğini daxil edərək, bir dəfəyə hər bir müsabiqə üçün mərc etmiş olursunuz. Ekspress bölməsində isə Marathonbet Azerbaycan tərəfindən ekspress mərcin ikiqat, üçqat və ekspress növləri təklif olunur və bunların hər biri üçün əmsallar fərqli olur. Mərcinizin növünə qərar verdikdən sonra məbləği daxil edərək, mərc yerləşdir düyməsini seçdib mərcinizi tamamlaya bilərsiniz.
İstifadəçilər arasında ən çox sevilən və ən məşhur olan mərc növü ekspress mərclərdir. Həmçinin təklif etdiyi əlverişli şərtlərlə antiekspress mərc və çoxsaylı mərc növü də istifadəçilər arasında böyük maraqla qarşılanır.
Marathonbet bukmeker şirkəti tərəfindən istifadəçilər üçün geniş çeşiddə əmsal növləri də təklif olunur. Bunlar Onluq, Fraksiya, Amerikan, Honq Konq, Malay və İndoneziya əmsalı növləridir. Şirkətin platformasına giriş etdiyiniz zaman əmsal format standard olaraq onluq əmsal şəklində göstərilir. Parametrlər bölməsinə daxil olmaqla, bir kliklə əmsalların əks olunmasını istədiyiniz əmsal formatına dəyişdirə bilərsiniz.
Mərc şirkətinin istifadəçiləri üçün əlçatan olan digər bir funksiya isə “cashout” özəlliyidir. Bu funksiyaya bir çox müsabiqədə rast gəlmək olar və mərcinizi yerləşdirdikdən sonra kuponunuzun qarşısında yazılır. İstədiyiniz zaman “cashout” funksiyasından yararlanaraq, təklif olunan məbləğlə mərcinizi ləğv edə bilərsiniz.
Marathonbet Azerbaycandakı mövcud idman növləri
Mərc şirkətində istifadəçilər üçün çox sayda idman növü təklif olunur. Bu idman növlərinə futbol, basketbol, xokkey, tennis, voleybol kimi idman növləri ilə yanaşı, mərc şirkətlərinin çoxunda rast gəlinməyən skveş, snoubord, yelkənli qayıqsürmə, otüstü xokkey, fiqurlu konkisürmə, körlinq, biatlon kimi idman növləri də daxildir.
Marathonbet Azerbaycan təkcə təqdim etdiyi idman növləri ilə limitli qalmır, həmçinin bu idman növləri üzrə çox sayda müsabiqələr də təklif edir. Məsələn, Marathon Bet futbol üzrə dünyanın aparıcı liqaları və çempionatları ilə yanaşı çox sayda fərqli ölkələrin alt liqalarını, aşağı yaşlılardan ibarət liqaların oyunlarında mərc imkanlarını da əlçətan edir. Təklif olunan bütün idman növləri və müsabiqələrlə saytın sol hissəsində yer alan panel vasitəsilə tanış ola bilərsiniz.
Mərc şirkəti mərc dünyasında baş verən yenilikləri yaxından izləyir və onlara ayaq uydurmağa çalışır. Belə ki, şirkət ənənəvi idman mərcləri ilə yanaşı, e-idman və virtual idman kimi sahələrdə də öz uğurlu fəaliyyətini davam etdirir. E-idman bölməsində istifadəçilər üçün CS: GO, Dota 2, League of Legends, Call of Duty kimi oyunlarda mərc etmək imkanı təqdim olunur. Virtual idman bölməsinə gəldikdə isə burada çox sayda idman növünün dəstəkləndiyini görürük. Bunlara virtual futbol, basketbol, tennis, velosiped idmanı, velosiped idmanı kimi idman növləri daxildir.
Marathon Bet idman mərcləri azərbaycanlı istifadəçilər tərəfindən çox sevilir. Burada xüsusi marağın futbol və basketbol kimi idman növlərinə daha çox yönəldiyini də qeyd etmək lazımdır.
-
Futbol
-
Həndbol
-
Buz xokkeyi
-
Voleybol
-
Tennis
Canlı mərc və oyunların yayım
İstifadəçilər arasında ən çox sevilən mərc növlərindən biri də canlı mərclərdir. Marathonbet Azerbaycan da bundan yan keçməmişdir. Mərc saytı canlı idman mərclərinə xüsusi diqqət ayırmaqdadır. Yuxarı paneldə yer alan canlı düyməsini seçməklə canlı mərclərə giriş edə bilərsiniz. Bukmeker şirkətində idman və virtual idman bölmələri üzrə toplamda 25-dən çox idman növündə canlı mərclər əlçatandır. Hər bir idman növünün qarşısında isə həmin an üçün mövcud idman müsabiqələrinin sayı əks olunur. Hər hansı bir müsabiqəni seçərək mövcud marketlərlə tanış ola və mərclərinizi sürətli şəkildə yerləşdirə bilərsiniz.
Bukmeker şirkətinin daha bir gözəl funksiyası isə Marathonbet canlı yayım dəstəyinin olmasıdır. Canlı yayımlar bəzi müsabiqələrdə istifadəçilər üçün təklif olunur. Bunun üçün qarşılaşmanı seçməli və canlı yayım bölməsini açmalısınız. Canlı yayım dəstəyi olmayan bəzi idman qarşılaşmalarında isə virtual animasiya köməyinizə çatacaqdır. Canlı yayımdan və virtual animasiyadan istifadə etmək üçün heç bir əlavə tələb yoxdur, sizin yalnız Marathonbet mərc şirkətinin platformasında qeydiyyatdan keçməyiniz yetərlidir.
Marathonbet-in dizayn və funksionallığı
Bukmeker şirkətinin sahib olduğu sadə dizayn sayəsində yeni gələn istifadəçilər belə heç bir çətinlik çəkməyəcəkdir. Hər şey sadə və sürətli şəkildə təşkil edilmişdir. Sizə lazım olan çox şey demək olar ki, giriş ekranında əks olunmuşdur. Məsələn, Marathonbet Azerbaycan bukmeker şirkətində sadəcə bir neçə kliklə məlumatlarınızı daxil edərək hesab yarada, istədiyiniz məlumatları tapa və mərclərinizi rahatlıqla yerləşdirə bilərsiniz.
Bukmeker şirkətini digər mərc şirkətlərindən dizayn baxımdan fərqləndirən əsas xüsusiyyətlərdən biri seçiminizə uyğun saytın dizaynını dəyişə bilməyinizdir. Bura əmsalların, veb-saytın növü, bildirişlər və marketlərin sayı kimi xüsusiyyətlər daxildir.
Sayt mobil versiya üçün yaxşı optimizasiya edilmişdir, həmçinin mobil cihazlar üçün marathonbet indir tətbiq dəstəyi vardır.
Güvənlik və təhlükəsizlik lisenziyaları
İstifadəçilərinin güvənliyinə və məlumatlarının qorunmasına xüsusi diqqət yetirən Marathonbet, bir sıra lizensiyalara və sertifikatlara sahibdir. Bunlara mərc fəaliyyəti ilə bağlı Kürasao hökuməti tərəfindən verilən lisenziya, Mərc Oyunlarının Tənzimlənməsi üzrə Baş İdarə (İspaniya) tərəfindən verilən lisenziya, İtaliyada fəaliyyət göstərmək üçün Gömrük və Monopoliya Agentliyi (ADM) tərəfindən edilən güzəşt və Belarus Respublikasının İdman və Turizm Nazirliyi tərəfindən verilən lisenziyalar daxildir.
Bukmeker şirkəti müştərilərin daxil etdiyi məlumatların təhlükəsizliyini qorumaq üçün bir sıra şifrələmə vasitələrindən istifadə edir. İstifadəçi və vebsayt arasındakı bütün məlumatlar 256 bitlik SSL texnologiyasından istifadə edilir. Marathonbet giriş etdiyiniz zaman sizin son giriş nöqtəniz və IP ünvanınız şirkət tərəfindən qeydə alınır. Siz bir daha təkrar olaraq giriş etdiyinizdə son giriş tarixinə və IP ünvanınıza nəzər yetirə bilərsiniz. Şirkət bununla səlahiyyətsiz girişlərin qarşısını almaq üçün istifadəçilərə kömək edir. Həmçinin bukmeker şirkəti vurğulayır ki, məxfilik qorumaq üçün ən son texnologiyalarla əlavə təhlükəsizlik tədbirləri görülmüşdür.
Marathonbet-in müştəri xidməti
Marathonbet Azerbaycan bir neçə fərqli vasitələrlə öz müştərilərinə dəstək xidməti göstərməkdədir. Siz dəstək xidmətinə mərc şirkətinin vebsaytı üzərindən birbaşa çat vasitəsilə və ya mobil telefon vasitəsilə əlaqə saxlayaraq suallarınızla müraciət edə bilərsiniz. Həmçinin bukmeker şirkəti elektron poçt vasitəsilə də dəstək xidməti göstərməkdədir.
Şirkətə çat vasitəsilə edilən müraciətlərə 24/7 rejimdə baxılır və sizin sualınız qısa zaman ərzində cavablandırılır. Təcrübəmiz əsasında qeyd edə bilərik ki, bukmeker şirkətinin dəstək xətti istifadəçilərin problemlərinə və ya suallarına professional şəkildə cavablar verir və yaşanmış problemin ən qısa zaman ərzində həll edilməsinə çalışır. Çat vasitəsilə müraciətlərinizdə isə Azərbaycan dili ilə yanaşı, türk və rus dilləri də mövcuddur.
Şirkət məlumatı | |
---|---|
Ad | Marathonbet |
Qərargah | Abraham de Veerstraat 9, Kürasao |
Əsası qoyulub | 1997-ci il |
Lisenziya | Curaçao eGaming Lisenziyası |
Telefon | +44 1273 964706 |
care@marathonbet.com | |
Canlı dəstək | Mövcuddur |
Əlaqə formu | Yoxdur |
Nəticə
Marathonbet bukmeker şirkəti haqqında fikirlərimizi yekunlaşdırsaq, mərc şirkətinin bizə xoş təssürat bağışladığını vurğulaya bilərik. Şirkət istifadəçiləri üçün geniş mərc seçimləri, çox sayda idman növü, fərqli mərc kuponları və funksiyaları, geniş bonus kampaniyaları və yüksək güvənlik təklif edir. İnkişaf etdirilməsi gərəkən tərəfi isə AZN valyutası ilə açılmış hesablarda daha çox ödəniş üsullarına və eləcə də, lokal ödəniş vasitəsilərinə yer verməsi olardı. Lakin bununla belə, təklif etdiyi çox sayda xüsusiyyətləri, sürətli ödənişləri, Marathonbet mobile app dəstəyinin olması və həmçinin yuxarıda göstərilən müsbət tərəfləri baxımından bukmeker istifadəçilər üçün çox gözəl seçim olacaqdır.
FAQ
Bukmeker şirkətində istifadəçilər üçün çox sayda bonuslar təklif olunur. Mövcud bonuslarla kampaniyalar bölməsinə daxil olaraq tanış ola bilərsiniz. Bonusları əldə etmək üçün isə şərtlərinə diqqət yetirmək lazımdır. Tələb olunan şərtlərə əməl etdikdən etdikdən sonra isə bonuslar sizin bonus hesabınıza köçürüləcəkdir.
Mərc şirkətinin Android və IOS cihazlar üçün Marathon Bet indir dəstəyi vardır. Bukmekerin mobil tətbiqlərini iOS cihazlarınız üçün birbaşa “AppStore”-a giriş edib, axtarış edərək asanlıqla mobil cihazınızda quraşdıra bilərsiniz. Android cihazlar üçün isə Marathonbet apk dəstəyi vardır. Tətbiqi əldə etmək üçün mərc şirkətinin saytına giriş edib apk tətbiqini yükləməyiniz lazımdır. Sizdən istənilən bir neçə icazəyə razılıq verməklə tətbiqi Android cihazlarınızda quraşdıra bilərsiniz. Həmçinin iOS və Android cihazların hər biri üçün bukmeker şirkətinin saytı optimizasiya edilmişdir və mobil versiya dəstəklənir.
Bukmeker şirkətində özünüzə hesab yaratdıqdan sonra artıq balansınıza depozit edə bilərsiniz. Bunun üçün mərc şirkətinin platformasına daxil olmalı və sağ üst küncdəki depozit düyməsini seçməlisiniz. Qarşınızda mövcud ödəniş üsullarının yer aldığı səhifə açılacaqdır. Burada istədiyiniz ödəniş vasitəsini seçib, məlumatlarınızı və məbləği daxil edərək Marathon Bet Azerbaycan hesabınızı artıra bilərsiniz.