Məsuliyyətli qumar
Adətən qumar sadəcə əyləncə və maraqlı vaxt keçirmək üçün oynayanılır. Lakin bəziləri onu həyatlarının önəmli bir parçasına çevirirlər. Belə insanlar təkcə pul itirmək yox, həmçinin qumar aludəçisinə çevrilmə təhlükəsi ilə üz-üzə qalırlar. Qumar aludəçiliyi isə insanların həyatlarında ciddi mənfi nəticələrə yol aça biləcək bir alışqanlıq kimi tanınır. Haqqında bəhs etdiyimiz Məsuliyyətli Qumar məhz bu məsələdə qumar oynayanların fərqindəliyinin artırılması məqsədini güdən bir sosial təşəbbüsə verilən addır. Təşəbbüs qumar oyunçuları arasında qumarın potensial mənfi nəticələrini dərk edərək, şüurlu şəkildə oynamağın gərəkliliyini təbliğ edir.
Giriş və məsuliyyətli qumar haqqında detallar
Qumar oyunçularının, mərc həvəskarların hər zaman zərərlərini kontrol altında saxlaya bilməməsi, qumarın onların həyatında önəmli problemlərə səbəb ola bilməsi gerçəyini göz önündə tutaraq oynaması həqiqətən də olduqca vacibdir. Çünki qumar oyunçuları bəzi hallarda özləri də fərqində olmadan qumar aludəçisinə çevrilə bilirlər. Özü də belələri arasında həm professional, həm də uğursuz qumar oyunçuları ola bilir. İşin üzücü tərəfi həm də odur ki, aludəçi olan insanlar əksərən bunu qəbullanmaq istəmirlər.
Bu yazıda biz qumar aludəçiliyin və ya problemli qumarın əlamətləri, səbəbləri və ondan qurtulmağın yolları haqqında bəhs edəcəyik. Verilən məlumatlar özünüzdə və yaxınlarınızda ola biləcək mümkün qumar aludəçiliyi problemi halında necə davranmalı olduğunuza dair bilgi sahibi olmağınıza yardımçı ola bilər.
Qumar aludəçiliyinin əlamətləri
Düzdür, qumar aludəçiliyini bildirən əlamətlər insandan-insan dəyişkənlik göstərə bilər. Ancaq qumar asılılığı olan insanlar adətən aşağıdakı ümumi oxşar cəhətlərə sahib olur. Bu əlamətlərin eyni anda bir neçəsinin şəxsdə olması onun qumar aludəçisi olduğunu deməyə əsas verə bilər.
Varje enskild person är unik, men vid spelberoende brukar det finnas tecken att hålla utkik efter.
Qumar aludəçiliyinə işarə edən əsas əlamətlər:
- Tez-tez qumar haqqında düşünmək
- Qumar oynamağı əsas məşğuliyyətə çevirmək
- Mərc üçün ayrılan vəsaitin getdikcə artırılması
- Zamanın böyük hissəsini qumar, mərc oyunlarına həsr etmək
- Pulunun çox hissəsini qumar oynamaq üçün ayırmaq
- Qumar oynaya bilmək üçün borc altına gimək
- Qumar oynaya bilmədikdə özünü əsəbi, stresli hiss etmək
- Qumarı problemlərin yeganə həll yolu kimi görmək
- Qumar və ondan törəyən problemlərdən dolayı başqalarına yaıan söyləmək
- Qumara görə şəxsi münasibətlərinə xələl gətirmək
- Qumar oynamağı dayandırmaqda əziyyət çəkmək
Əgər bu sadalanan əlamətlərdən bir neçəsini özünüzdə müşahidə edirsinizsə qumar oynamağı dayandırmağınız tövsiyə olunur. Təbii ki, uzunmüddətli alışqanlığınızı birdən-birə tərgitmək sizin üçün asan olmaya bilər. Buna görə bu periodda ailə üzvlərinizdən və yaxınlarınızdan sizə dəstək olmalarını xahiş edə və ya bu sahənin professionallarından yardım ala bilərsiniz.
Qumar aludəçiliyin səbəbləri
Yayğın inanca görə qumar aludəçiliyinə düçar olan insanlar iradəsi güclü olmayan və pula aşırı düşgün olan insanlardır. Amma əslində qumar asılılığının yaranması olduqca müxtəlif səbəblərdən də qaynaqlana bilər. Məsələn, aparılan bəzi araşdırmalar qumar asılılığının arxasında bəzi keyslərdə psixoloji travmalar və nevroloji xəstəliklərin də ola biləcəyi qənaətindədir.
Bəziləri üçün isə qumar stresslə başa çıxma, problemlərdən uzaqlaşma mexanizmi kimi önəm kəsb etdiyindən onu həyatlarının mərkəzinə qoyurlar. Bir sıra aludəçilər isə qumarı maddi çətinliklərindən çıxış yolu kimi görür. Belə oyunçular arasında nə vaxtsa qumardan böyük məbləğdə pul qazanmış olanlar üstünlük təşkil edir. Ancaq unutmayın ki, qumar heç bir halda nə stresdən, nə də maddi çətinliklərdən xilas olmaq üçün effektiv yol sayıla bilməz. Qumarı sadəcə itirdikdə sizi incitməyəcək məbləğlərlə əyləncə üçün oynamağınız məsləhətlidir.
Qumar aludəçiliyindən necə xilas olmalı?
Digər əksər asılılıqlarda olduğu kimi, qumar asılılığından qurtulmaq da zaman və ciddi səy tələb edən bir məsələdir. İstəkli, qərarlı və nizamlı formada çalışılarsa, ondan yaxa qurtarmaq, əlbəttə ki, mümkündür. Bunun üçün bəzi qaydalara riayət etməyiniz lazımdır. İlk öncə sizdə qumar oynama istəyi yaradan, diqqətinizi qumardan yayındırmağa maneə olan şeyləri aradan qaldırın. Məsələn, qumarı illeqal saytlar üzərindən oynayırsınızsa, internet provayderinizlə danışıb, bu saytlara girişi bağlaya bilərsiniz.
Bir müddət qumar oynayan dostlarınızdan və qumar oynamaq üçün uyğun məkanlardan uzaq durun. Çünki qumar oynama hissini tətikləyən əsas amillərdən biri qumar oynayan insanlarla eyni ortamda olmaqdır. İstəmədən belə ortamlara düşsəniz, dərhal oranı tərk etməyə çalışın.
Yox, əgər siz belə radikal dəyişikliklərə hazır deyilsinizsə, o zaman qumara ayırdığınız zaman və vəsaitə getdikcə azalan limit təyin edərək, mərhələli şəkildə ondan qurtula bilərsiniz. Bunu edərkən, özünüzə heç bir halda zərərlərinizin ardınca düşməmək və qumara görə heç kimdən borc almamaq sözü verin. Başqa sözlə, qumarı özünüz üçün sadəcə bir hobbi, zövq və əyləncə vasitəsinə çevirməyə çalışın.
Bu qaydaları həyatınızda tətbia etməyiniz qumar asılılığınızın azalmasına və ya sonlanmasına yol aça bilər. Yuxarıda qeyd etdiyimiz kimi bu müddətdə yaxınlarınızdan sizə mənəvi dəstək olmasını xahiş edin. Əgər bütün bunlardan sonra yenə də qumar aludəçiliyindən xilas ola bilmirsinizsə yaxud bunları etmək belə sizə çətin gəlirsə, hökmən mütəxəssisə müraciət etməyiniz lazımdır.
Məsuliyyətli qumarla əlaqəli qurumlar
Dünya üzərində bir çox qurumlar var ki, qumar asılılığından əziyyət çəkən insanlara yardım edir (Gamblers Anonymous, GamCare, GamStop, Gambling Therapy). Bəzi ölkərdə hökumətlər özləri də bu kateqoriyadan olan insanlara təmənnasız dəstək göstərməkdədir. Ancaq təəssüf ki, Azərbaycanda bu sahədə ixtisaslaşmış nə dövlət, nə də QHT mövcud deyil. Ölkəmizdə qumar aludəçiləri problemlərinin həlli üçün yalnız müvafiq ixtisaslı həkimlərin, mütəxəssislərin yardımından yararlana bilər.
Qumar aludəçiləri, əgər qumarı internet üzərindən qanuni qumar şirkətləri aracılığı ilə oynayırlarsa, o zaman onlar bəzi şirkətlətin Məsuliyyətli Qumar prinsipi çərçivəsində yaratdığı imkanlardan yararlana bilərlər. Məsələn, bu mərc kontorları öz istifadəçilərinə istədikləri vaxt oyun oynmağa fasilə verməyə və yüklənən vəsaitə müəyyən limit tətbiq etməyə icazə verir. Detallı şəkildə oynadığınız kontorun məlumat bölməsindən öyrənə bilərsiniz.