MELbet AZ - Ətraflı məlumat, mövcud bonuslar və təkliflər
MELbet Azerbaycanda çox da məşhur olmasa da, kifayət qədər müsbət özəlliklərə məxsus mərc kontorudur. Sözügedən bukmeker kontorunun böyük və əfsanəvi bonusları, yaxşı ödəniş metodları və mükəmməl dizaynı var.
Həmçinin geniş mərc marketlərini və seçimlərini, yüksək əmsallarını da qeyd etmək zəruridir. Biz də bu məqalədə MELbet idman mərcləri kontorunu analiz edəcəyik, saytın mənfi və müsbət xüsusiyyətlərini tam şəffaflığı ilə sizlərə çatdıracağıq. Aparılan bütün testlər, araşdırmalar və yazılar peşəkar komandamız tərəfindən tam şəffaf və tərəfsiz şəkildə yazılıb.
- Yenilənən və möhtəşəm bonuslar
- Azərbaycanca və sürətli interfeys
- 24/7 müştəri dəstəyi
- Ödəniş metodları:
MELbet zerkalo ilə kontora giriş
İlk öncə qeyd bildirmək lazımdır ki, Azərbaycandan MELbet giriş etmək üçün hər hansı bir MELbet zerkalo (MELbet зеркало) linkinə ehtiyac yoxdur. Yəni, bəzi mərc kontorlarına giriş dövlət tərəfindən məhdudlaşdırılsa da bu mərc kontoruna hal-hazırda MELbet zerkalo link olmadan da daxil olmaq mümkündür. Lakin, xatırlatmaq lazımdır ki, gələcəkdə bu mərc kontoruna rəsmi link vasitəsi ilə giriş məhdudlaşdırıla bilər. Əgər, belə bir hal baş verərsə, istifadəçilər MELbet зеркало linklərindən, yəni alternativ linklərdən istifadə etməli olacaq.
Sizləri düşünən və gələcəkdə bu tərz hadisələrin ola biləcəyini təxmin edən komanda üzvlərimiz saytımıza MELbet zerkalo linkləri yerləşdirib. Həmin linklər vasitəsi ilə hər zaman, elə indi də MELbet giriş etmək mümkündür. Üstəlik, sözügedən alternativ linklərimiz istənilən zaman aktivdir. Komanda üzvlərimiz hər zaman linklərin aktiv olmasını təmin edir. Bu səbəbdən, gələcəkdə və ya elə indi sayta daxil olmaq üçün bizim MELbet zerkalo linklərimizi istifadə edə bilərsiniz.
🏆 MELbet AZ: | Səhifəni ziyarət edin |
📱 Mobil versiya: | Android və iOS |
🎁 Qeydiyyat üçün bonus: | 200₼ |
💸 Minimum depozit məbləği: | $1.00 |
MELbet qeydiyyat – Necə qeyd olmaq olar?
MELbet qeydiyyat üçün sizə bir neçə üsul təklif edir. Bu üsullar müvafiq olaraq “e-Mail ilə”, “Telefon nömrəsi ilə”, “1 kliklə” və “Sosial şəbəkə üzərindən”dir. Qeyd edilən istənilən üsulla qeydiyyat prosesini tamamlaya bilərsiniz. Üstəlik, MELbet регистрация prosesində sizə təqdim edilən xoş gəldin bonusunun növünü də seçmək imkanınız var. İndi isə, MELbet qeydiyyat üçün təklif edilən üsulların hansı məlumatları tələb etməsinə baxaq:
Hesabınızı tam qeydiyyatdan(MELbet регистрация) keçirmək üçün ən münasib metod hesab edilir. Bu qeydiyyat metodu 4 mərhələdən ibarət olsa da, öncədən bütün məlumatları doldurduğunuzdan, daha sonra məlumat doldurmağa ehtiyacınız qalmır.
- 1-ci mərhələdə: Ölkə, region və şəhər
- 2-ci mərhələdə: Ad, soyad və hesab valyutası
- 3-cü mərhələdə: Şifrəniz, e-mail, əgər varsa promo kod və xoş gəldin bonusu növü
- 4-cü mərhələdə: e-Mail vasitəsi ilə hesabınızı təstiqləməniz tələb edilir.
Bu hissədə isə qeydiyyat sadəcə 1 mərhələdən ibarətdir. Hesab məlumatlarınız telefon nömrənizə göndərilir. Tələb edilən məlumatlar isə:
Telefon nömrəniz, hesab valyutası və istədiyiniz xoş gəldin bonusu növüdür.
Məlumatları qeyd etdikdən sonra istifadəçi adı və şifrə ekranda qeyd edilir. Bu mərhələdə sizdən tələb edilən məlumatlar bunlardır: Ölkə, hesab valyutası və xoş gəldin bonusu növü tələb olunur.
Bu üsulla hesab yaratmaq üçünsə sosial şəbəkəsi və hesab valyutası tələb edilir.
Bonuslar, promolar və kampaniyalar haqqında
- Bonus: Xoş gəldin bonusu
- Minimum əmsal: 1.40
- Dövriyyə tələbi: x3
MELbet idman mərcləri bukmeker kontoru bütün istifadəçilərinə müxtəlif bonuslar hadiyyə edir. Bu bonusların əksəriyyəti həm yeni həm də köhnə istifadəçilər üçün olsa da, burada təqdim edilən xoş gəldin bonusu yalnız yeni istifadəçilərin ilk depoziti üçün nəzərdə tutulub. Burada 100%-lik xoş gəldin bonusunun maksimum miqdarı 180 AZN-dir. Üstəlik, yuxarıda da qeyd etdiyimiz kimi hər istifadəçi bu bonusu yalnız bir dəfə əldə edə bilər. Bonusu əldə etmək üçün minimum depozit miqdarı isə 3 AZN-dir.
Bonus məbləğini real pula çevirmək üçünsə, müəyyən şərt və qaydalar yerinə yetirilməlidir. Belə ki, əldə etdiyiniz miqdarı üç qat həcmdə ekspress tipli kupona mərc etməlisiniz. Üstəlik, sözügedən ekspress tipli kuponda azı 5 hadisə və 3 hadisənin əmsalı 1.40-dan yüksək olmalıdır. Əlavə olaraq, qeyd etmək lazımdır ki, bonus miqdarı ilə edilən mərclərin nəticələri yekunlaşmamış pul çıxarışı etmək olmaz. Bonusun əsas şərtləri yuxarıda qeyd etdiklərimizdən ibarətdir, lakin yenə də MELbet giriş edib, bonuslar hissəsindən “Şərtlər və qaydalar” bölməsini oxumağınızda fayda var.
Əlavə olaraq qeyd etmək istərdik ki, sözügedən bukmeker kontoru istifadəçiləri üçün başqa bonuslar da təqdim edir. Həmin bonusların hər birini olmasa da, əksəriyyətini sizlər üçün qeyd etmişik: “50 AZN fribet” – Bu bonus hər istifadəçiyə yalnız bir dəfə verilir. Bonusu əldə etmək üçün, istifadəçi bütün hesab məlumatlarını doğru şəkildə doldurmalı və “bonus şərtləri” bölməsindəki qaydaları doğru şəkildə reallaşdırmalıdır.
“100% geri ödəniş” – 7 və ya daha artıq oyundan ibarət ekspress tipli kuponunuzdaki oyunlardan yalnız bir hadisə məğlub olaraq hesablansa, mərc məbləğiniz hesabınıza geri qaytarılır. Qeyd etmək lazımdır ki, bu kampaniyadan yararlanmaq üçün ekspressdəki hər bir oyunun əmsalı 1.70-dən yüksək olmalıdır.
“100 mərc üçün bonus” – Bu MELbet bonusunu əldə etmək üçün 30 gün ərzində azı 100 mərc etməlisiniz. Mərclərinizin qazanmasından və ya məğlub olmasından asılı olmayaraq etdiyiniz 100 mərcin məbləğinin orta dəyərinə bərabər olan bonus 30 günün sonunda sizlərə hədiyyə edilir.
“Ad günü bonusu” – Bu MELbet bonusu isə, doğum günü olan bütün MELbet istifadəçilərinə hədiyyə edilir.
MELbet ödəniş üsulları – Depozit və çıxarış
MELbet Azerbaycan istifadəçiləri üçün bir neçə ödəniş metodu təklif edir. Bu ödəniş metodlarına “Skrill, NETELLER, Sticpay, WebMoney, Piastrix” kimi elektron pul kisələri ilə yanaşı “Bitcoin, Ethereum, Litecoin, Dogecoin, dai” kimi bir çox kriptovalyutalar da aiddir. Lakin, bu mərc kontorunda Azərbaycanda ən məşhur ödəniş metodu hesab edilən bank və ya debet kart vasitəsi ilə depozit etmək, pul çıxarışı etmək imkanı yoxdur.
Depozit etmək üçün, MELbet qeydiyyat prosesini tamamlamaq, daha sonra yuxarı hissədə yer alan “artır” sözünə klikləmək lazımdır. Daha sonra, açılan səhifədən depozit etmək istədiyiniz metoda daxil olub, məbləği qeyd edib, irəli düyməsini klikləməyiniz yetərlidir. Depozitlər üçün adətən vergi və ya komissiya tutulması baş vermir. Yəni, MELbet mərc kontoru depozitlər üçün hər hansı bir vergi tutmur, lakin istifadə etdiyiniz depozit metodu nadir hallarda kiçik məbləğlərdə vergi tuta bilər.
Çıxarış etmək üçünsə, hesab məlumatlarını tam şəkildə doldurmaq, daha sonra isə hesabı təstiqlətmək mütləqdir. Hesabınızı təstiqlətmək üçün MELbet idman mərcləri bukmeker kontoru sizdən, sizə aid şəxsiyyət vəsiqənizin (və ya rəsmi sənəd) aydın çəkilmiş foto-şəklini tələb edə bilər. Yalnız bundan sonra, “şəxsi kabinet” bölməsindən “hesabdan çıxarmaq” sözünə tıklayıb, çıxarış etmək istədiyiniz metoda daxil olub, pul çəkimini reallaşdıra bilərsiniz. Ancaq, qeyd etmək lazımdır ki, çıxarışı yalnız depozit etdiyiniz metoda edə bilərsiniz. Çıxarışlar üçün hər hansı vergi nəzərdə tutulmayıb, amma bəzi hallarda istifadə etdiyiniz ödəniş üsulu sizdən vergi və ya komissiya tuta bilər.
MELbet-də olan mərc marketləri
Mərc bazarlarının, seçimlərinin çox olması istifadəçiyə daha maraqlı və kreativ mərclər yaratmağa imkan tanıyır. MELbet bukmeker kontoru mərc marketləri, mərc seçimləri baxımından olduqca əlverişlidir. Çünki, bu mərc kontorunda sıradan bir idman hadisəsi üçün bəzən 1000-dən artıq mərc marketi təklif olunur. Bu bukmeker kontoru “Oyun nəticəsi, alt/üst, növbəti qol, fora” kimi hər kəs tərəfindən bilinən və istifadə edilən mərc marketləri ilə yanaşı bir sıra kreativ və maraqlı mərc marketləri də təqdim edir. Sözügedən kreativ və yaradıcı mərc bazarlarından bəziləri bunlardır:
- Dəqiqədən əvvəl qol (Qolun hansı dəqiqədən öncə vurulacağına mərc etmək imkanı)
- Əlavə vaxtda qol (Oyuna əlavə edilmiş vaxtda qolun olub-olmayacağına mərc etmək imkanı)
- Quru qələbə (Qol buraxmadan qazanacaq komandaya mərc etmək imkanı)
- 11 metrlik zərbə (Oyunda penaltinin təyin edilib-edilməyəcəyinə mərc etmək imkanı)
- Hissədə qol (Birinci qolun hansı hissədə vurulacağına mərc etmək imkanı)
- Liderlik müddəti (Komandanın üstünlüyünü qoruya biləcəyi dəqiqə müddətinə mərc etmək imkanı)
- Nəticəli heç-heçə (Qolu bərabərliyin olub-olmamasına mərc etmək imkanı)
Gördüyünüz kimi MELbet bukmeker kontorunun kifayət qədər kreativ mərc bazarları var. Hər birini burada qeyd etmək imkanımız olmasa da, özünüz MELbet qeydiyyat prosesini tamamlayıb, mərc kontorunun təqdim etdiyi bütün mərc bazarlarına baxa bilərsiniz.
Əlavə olaraq, qeyd etmək lazımdır ki, mərc kontorunun əmsalları kifayət qədər yüksəkdir. Əmsallarının yüksək olması ilə yanaşı, həmçinin burada əmsal formatını da istəyinizə uyğun (onluq, kəsirli) quraşdıra bilərsiniz.
MELbet-də olan idman və virtual idman növləri
Mərc şirkəti çoxlu mərc bazarları ilə yanaşı çoxlu idman növləri də təqdim etməkdədir. MELbet idman mərcləri bukmekerində ağlınıza gələn-gəlməyən istənilən idman növü mövcuddur. MELbet futbol, basketbol, tennis, xokkey kimi Azərbaycanda və dünyada məşhur olan oyun növləri ilə yanaşı kriket, florbol, darts, cıdır, formula-1 kimi az tanınmış idman növlərinə də mərc etmək imkanı təklif edir.
Üstəlik, qeyd edək ki, MELbet futbol, voleybol, həndbol kimi real oyunlardan ziyadə virtual idman oyunları da təqdim edir. Virtual, yəni e-idman oyun növləri də bu mərc kontorunda kifayət qədər çoxdur. Bunlara misal olaraq, FIFA, PES, DOTA, Street Fighter, Steep, Tekken, Heroes kimi oyunların adını çəkmək olar.
-
Futbol
-
Tennis
-
Basketbol
-
Snooker
-
Voleybol
MELbet canlı yayım ilə canlı mərc etmək
Canlı mərc sevərlər üçün MELbet əvəzedilməz bukmeker kontoru hesab edilir. Çünki, burada kifayət qədər çox idman hadisəsinə canlı mərc etmək mümkündür. MELbet-də xətt üzrə təqdim edilmiş oyunların əksəriyyətinə həm oyundan öncə, həm də oyunun gedişatına uyğun canlı mərc kuponu yaratmaq olar. Həmçinin, canlı mərc əmsallarının da yüksək olduğunu qeyd etmək istərdik. Əlavə olaraq, bildirmək lazımdır ki, canlı mərc üçün təqdim edilən mərc marketlərinin sayı da kifayət qədər çoxdur.
Canlı mərcdən bəhs etmişkən, MELbet canlı yayımı unutmaq olmaz. Belə ki, bu mərc kontoru bütün idman hadisələrinə olmasa da, idman hadisələrinin bir qismi üçün canlı yayım təklif edir. MELbet canlı yayım vasitəsi ilə oyunları izləmək və oyunun gedişatına uyğun kuponlar tərtib etmək mümkündür. Üstəlik, MELbet canlı yayımı izləmək üçün sizdən tələb olunan yeganə şey, mərc kontorunda hesabınızın olmasıdır.
Dizayn və funksiyalar barədə
MELbet Azerbaycanın gözoxşayan və olduqca əlverişli dizaynı var. Belı ki, bu saytın həm MELbet Apk versiyasında həm də veb sayt versiyasında dizayn o qədər rahat qurulub ki, istifadəçi istənilən məlumatı, oyunu, mərc bazarını asanlıqla tapa, mərc edə bilir. MELbet-in mobil üçün optimallaşdırıldığını da xüsusi ilə qeyd etməkdə fayda var.
Həmçinin bu bukmeker kontorunun funksiyaları da mərc həvəskarları üçün əla imkanlar yaradır. Burada 1 kliklə mərc, cash-out, qrafika ilə yayım kimi funksiyalarla istifadəçilərin rahat ortamda mərc etməsi təşkil edilib.
Lisenziya və təhlükəsizlik tədbirləri
2012 -ci ildən fəaliyyət göstərən MELbet etibarlı və nüfuzlu bukmeykerlərdən sayılır. Xidmət göstərdiyi illər ərzində müştərilərin güvənini və etibarını qazanmağı bacarıb. Əlavə olaraq, diqqətinizə çatdırmaq istərdik ki, MELbet bukmeker şirkəti Şirkət Kiprin Nikosiya şəhərində yerləşir və 5536/JAZ nömrə nişanlı Curaçao lisenziyasına sahibdir. Belə böyük bir lisenziyaya sahib olması da nə dərəcədə etibarlı olmasına ən yaxşı sübutlardan biridir.
Üstəlik, bu mərc kontorunda şəxsi məlumatlarınız və sənədləriniz tamamilə qoruma altındadır. Belə ki, MELbet bukmeker şirkəti uzun zamandır ki, SSL sertifikatı ilə təmin olunub. Bunun sayəsində həm veb sayt həm də MELbet app 24/7 baş verə biləcək xaker hücumlarından və bu tərz hadisələrdən qorunmaqda, dolayısı ilə məlumatlarınızı qorumaqdadır.
MELbet müştəri xidmətləri
MELbet-in müştəri xidmətləri ilə əlaqə saxlamaq üçün bir neçə metod mövcuddur. Bu metodlara “Canlı söhbət” ,”Geri zəng” və “e-Mail” aiddir. Üstəlik, MELbet Azerbaycan, rus və türk dilində xidmət göstərən operatorlara sahibdir. Operatorlar nəzakətli və problemlərin həll edilməsində son dərəcə yararlıdırlar.
Canlı söhbət - 24/7 aktivdir və istənilən vaxt əlaqə qurmaq mümkündür. Cavab almaq adətən 3-5 dəqiqə çəkir.
Geri zəng – Həmçinin bu metod da günün istənilən vaxtı aktivdir. Əlaqə üçün qeyd etdiyiniz nömrəyə qısa müddətdə zənglər edilməkdədir.
e-Mail – Daha uzun və vaxt aparan problemlər və ya təkliflər üçün info-az@melbet.com mail adresinə yazmaq, ətraflı cavablar almaq mümkündür.
Şirkət məlumatı | |
---|---|
Ad | MELbet |
Qərargah | Aristofanous, 219, Mauros Court 140, Strovolos, 2038, Nikosiya, Kipr |
Əsası qoyulub | 2012 |
Lisenziya | 5536/JAZ nömrəli Curaçao lisenziyası |
Telefon | +442038077601 |
info-az@melbet.com | |
Canlı dəstək | Var |
Əlaqə formu | Var |
Nəticə
MELbet bukmeker kontoru mərc həvəskarları üçün ən ideal kontorlardan biridir. Çox da populyar olmamasına baxmayaraq kifayət qədər müsbət özəlliklərə sahibdir. Həmçinin lazımı qədər güvənli və etibarlıdır. Üstəlik, saytın Azərbaycan dilinə tərcümə edilməsi, Azərbaycanlı opeatorlarının olması da müsbət özəlliklərindən biridir.
Lakin, bizim fikrimizə görə mərc kontorunun yeganə mənfi cəhəti kartla depozit və ya çıxarışın mümkün olmamasıdır. Ümid edirik ki, bu kiçik problemi də qısa zamanda həll edəcəklər. Lakin indiki halda digər metodlarla depozit və çıxarış imkanı mövcuddur. Qısacası, son olaraq qeyd etmək istərdik ki, MELbet kontoru mərc etmək üçün tövsiyə etdiyimiz bukmeker kontorlarından biridir.
Tez-tez verilən suallar
MELbet Azerbaycan bukmeker kontoruna daxil olmaq olduqca rahatdır. Bu mərc kontoruna daxil olmaq üçün hər hansı bir əlavə proqrama ehtiyac yoxdur. Lakin, önümüzdəki müddətdə MELbet-ə giriş dövlət tərəfindən məhdudlaşdırıla bilər. Əgər, bu və ya bu tərz hadisə baş verərsə, MELbet alternativ linklərindən istifadə edərək bukmeker kontoruna asanlıqla daxil ola bilərsiniz.
Bu bukmeker kontorunun xeyli bonusu var. Hansı bonusun daha yaxşı olduğunu dəqiq söyləmək mümkün deyil. Amma, qeyd etmək lazımdır ki, yeni istifadəçilər üçün təqdim edilən 180 AZN-ədək xoş gəldin bonusu digərlərindən fərqlənir. Xatırlatmaq istərdik ki, sözü gedən xoş gəldin bonusunu hər istifadəçi yanlız bir dəfə istifadə edə bilər.
MELbet apk proqramını həm iOS həm də Android sistemli cihazınıza yükləyə bilərsiniz. Android sistemli cihaz istifadəçiləri MELbet apk yükləmək üçün rəsmi sayta daxil olub, müvafiq bölmədən “MELbet yukle” sözünə klikləməli, iOS sistemli cihaz istifadəçiləri isə cihazlarında olan App Store proqramından MELbet indirməlidir. Əlavə olaraq, qeyd etmək istərdik ki, MELbet app yükləmədən də cihazınızdan bu bukmeker kontoruna daxil olmaq mümkündür. Bunun üçün etməli olduğunuz tək şey, brauzerinizdən sayta daxil olmaqdır.
Bəli. Bu mərc kontorunda istifadəçiyə bir çox valyutalar üzrə hesab yaratmaq imkanı təqdim edilir. İstifadəçi hesab yaradərkən istəyinə uyğun olaraq hesab valyutasını manat seçə, və istifadə edə bilər. Üstəlik, ayarlar bölməsindən hesabınıza başqa valyutalar əlavə edə, həmin valyutalar depozit edərək mərc edə bilərsiniz.