Biz kimik - Haqqımızda

İlk öncə bildirmək lazımdır ki, biz 3 nəfərdən ibarət bir komandayıq. Hər birimizin illərdir mərc dünyası ilə maraqlanmağımız və yazarlıq qabiliyyətimizin olması, bizi bu saytı yaratmağa təşvik etdi. Hər birimiz mərc dünyasında kifayət qədər təcrübəyə malikik. Bu təcrübələrimiz təbii ki, sizlərə çox kömək olacaq. Bildiyiniz kimi, bu mərc aləmində kifayət qədər fırıldaqçı saytlar mövcuddur. Bizim də bu saytı yaratmaqda əsas məqsədimiz odur ki, insanlar fırıldaqçı saytların qurbanı olmasın. Bütün bildiklərimizi, bütün güvənli saytları, sırf buna görə sizinlə bölüşürük.

Komandamızın üzvləri

Azan Mahmudov

Mən Azad Mahmudov, 22 yaşım var. Bir neçə ildir onlayn mərc dünyası ilə yaxından maraqlanıram. Özüm professional qumar oyunçusuyam. Bu vaxta kimi 10-dan artıq saytda mərc etmişəm. Yeni başlayanda etibarsız saytlarda mərc etdiyimdən dolayı qazanclarımı çıxara bilmədim. Lakin sonradan yalnız lisenziyalı və güvənli saytlarda oynamağa başladım. Bu saytda həmin güvənli saytları sizlərlə bölüşüb sizlərin də güvənli saytlarda oynamağınızı təmin etmək istədim. Lisenziyalı və güvənli saytlardan istədiyim anda istədiyim məbləği çıxara bilirəm. Mən yalnız idman oyunlarına mərc edirəm, lakin casino oyunlarından da anlayışım var. Ən sevdiyim oyun növü isə tennisdir.

Roman Nuriyev

Mən Roman Nuriyev, 24 yaşım var. Mən də bir neçə ildir qumar və onlayn mərc oyunları ilə məşğulam. Gənclik dövrümdə mərc oyunlarına ənənəvi üsullu mərc kontorları ilə başlasam da, sonradan onlayn mərc kontorlarının daha avantajlı olması diqqətimi çəkdi. Artıq bütün mərclərimi onlayn mərc kontorlarında edirəm. Təbii ki, sayt seçərkən onun güvənli, etibarlı və ən əsası lisenziyalı olmasına diqqət edirəm. Sizlər üçün də, bu sayta sırf özümün test etdiyim, bütün detallarını araşdırdığım saytları əlavə etmişəm. Tək məqsədim güvənli və etibarlı saytlarda mərc etməyiniz, qazanclarınızı çıxara bilməyinizdir. Ən sevdiyim və ən çox mərc etdiyim idman növü futboldur.

Rahib Teymurov

Mən Rahib Teymurov, 29 yaşım var. 20 yaşımdan bəri, mərc və qumar dünyasının içindəyəm. Bu illər ərzində çox mərc kontorunda oynamışam. Mənim üçün ən önəmli faktor, saytın bonusları və çıxarışların vaxtında ödənilməsidir. Təbii ki, bu iki faktoru təmin edən saytlar həmçinin qlobal lisenziyaya da malik olmalıdır. Saytımızda sizlərə bütün bu faktorları tam anlamı ilə qarşılayan mərc kontorlarını siyahı halına gətirmişik. İnsanların normal sayt seçməsinə töhvəm toxunduğu üçün çox şadam. Bu arada həm kazino həm də, idman oyunlarına davamlı mərclər edirəm. Ən sevdiyim idman oyunu osə tennisdir.


Saytımızın və bizim məqsədlərimiz

Artıq komanda üzvlərimizi daha yaxından tanıdınız. İndi isə, sizə məqsədlərimiz və planlarımızdan bəhs etmək istəyirik. Məqsədimizi artıq dəfələrlə vurğulamışıq. Belə ki, sizlərin, yəni sayt izləyicilərinin fırıldaqçı saytların qurbanı olmaması, daha avtanjlı saytlarda oynaması bizim əsas hədəfimizdir. Özümüz bu keçmə-keçli yolları keçdiyimiz üçün, sizin daha rahat, daha güvənli saytlarda oynamağınızı təmin etmək istəyirik. Hər birimiz geniş təcrübəyə, illərin verdiyi professinallığa sahibik.

Gələcəklə bağlı planlarımız isə ondan ibarətdir ki, bu bazara yeni və güvənli saytlar daxil olduqca, davamlı olaraq saytımıza əlavə edəcəyik. Bu saytımızı daimi olaraq aktiv tutacaq, qara siyahıya əlavə etdiyimiz saytları sizlərlə bölüşəcəyik. Əlavə olaraq, yeni saytların incələməsini də etməyi planlaşdırırıq. Bundan əlavə, eksklüziv bonus və ya aksiyalar olduqca da, sizinlə paylaşmaq, daha yaxşı saytlarda oynamağınıza şərait yaratmağı düşünürük.

Sizləri hər zaman saytımıza gözləyəcəyik

Sonda isə, komandamız adından hər birinizə təşəkkür edirik. Bizləri izlədiyiniz üçün bu təşəkkürə layiqsiniz. Ümid edirik ki, səmimi və dolğun ifadələrlə özümüzü sizlərə yaxşı tanıda bilmişik. Amma hər şey bununla bitmir. Daha açıq desək, saytımızı daim aktiv tutmağa çalışacağıq. Yeni saytlar, yeni incələmələri saytımızda görəcəksiniz. Buna görə də, sizlərə saytımızı mütamadi olaraq ziyarət etməyi tövsiyyə edirik. Hər biriniz bizim üçün dəyərlisiniz. Görüşənədək!


open
Top