Parimatch bukmeker şirkəti haqqında tam icmal

Parimatch sizin regionunuzdan oyunçuları qəbul etmir! Sizin üçün ən yaxşı seçimimiz MELbet-dir!

MELbet qeydiyyat

Dünya və Azərbaycan mərc bazarında göstərdiyi fəaliyyəti ilə fərqlənən bukmeker şirkətinlərindən biri də Parimatch-dır. Şirkət öz istifadəçiləri üçün futbol, basketbol, voleybol, tennis, e-idman, virtual idman və kazino sahəsində geniş mərc imkanları təklif edir.

Daha çox göstər

Bu məqaləmizdə Parimatch Azerbaycan şirkətini ətraflı bir şəkildə analiz edərək istifadəçilər üçün maraqlı olan qeydiyyat, giriş, depozit və çıxarışlar, bonuslar, idman növləri, marketlər, təhlükəsizlik və güvənlik kimi mövzuları ələ alacağıq.

Daha az göstər
Yoxlanılmayıb
Parimatch
1
  • Yüksək səviyyəli təhlükəsizlik
  • Çoxlu ödəniş üsulları
  • 7/24 Canlı çat
Lisenziya
  • Ödəniş metodları:
*Qayda və şərtlər tətbiq olunur
Bonus: 1
Çıxarılma: 1
Depozit: 1
Valyutalar: 1
Proqram təminatı: 1
İstifadəçi yönümlü: 1

Partimatch-da necə qeydiyyatdan keçmək olar?

Parimatch mərc şirkəti Azərbaycan olan istifadəçiləri qəbul edir və mərc şirkətində qeydiyyatdan keçmək üçün bukmekerin platformasına daxil olduqdan sonra sağ üst küncdə yer alan qeydiyyat düyməsini klikləməlisiniz. Seçdikdən sonra qarşınızda öz şəxsi məlumatları doldurmalı olduğunuz pəncərə açılacaqdır. Tələb olunan məlumatlar mobil nömrəniz, cinsiyyətiniz, doğum tarixiniz, hesab valyutanız, əlaqə məlumatlarınız, ünvanınızdır. Daha sonra isə Parimatch Azerbaycan bukmeker şirkətinin şərtləri və qaydaları ilə tanış olaraq təsdiqləməyiniz lazım olacaqdır.

Bütün bu məlumatları müvafiq bölmələrə qeyd etdikdən sonra mərc şirkətində hesabınızı yarada bilərsiniz. Qeydiyyat zaman diqqət yetirməli olduğunuz məsələlərdən biri məlumatlarınızı düzgün şəkildə daxil etməyiniz. Belə ki, bu məlumatların bəzisini qeydiyyatdan keçdikdən sonra dəyişdirmək olmayacaq və sizin çıxarış edən zaman hesabınızı təsdiqləməyiniz lazım olduğuna görə şəxşiyyət vəsiqənizi və ya paspotunuzun sürətini göndərməyiniz tələb olunacaqdır.

Bukmeker şirkətinin qaydalarına əsasən hər bir şəxsin bir hesabı ola bilər və sizin hesabınız tələb olunan sənədləri təqdim etdikdən sonra təsdiqlənir. Bu cür yoxlama prossesi bukmeker şirkətinin öz fəaliyyətini təhlükəsiz bir hala gətirməsi baxımından çox önəmlidir.

Həmçinin onu da qeyd etməliyik ki, Parimatch bukmeker şirkətində qeydiyyat zamanı tələb olunan məlumatlar sizin daxil olduğunuz məkana görə dəyişə bilir. Bəzi ölkələrdə çox sayda şəxsi məlumatlarınızı daxil edərkən, digərlərində qeydiyyat prosesini az sayda məlumat daxil edərək cəmi bir neçə addımda tamamlamaq mümkündür.

Parimatch-dakı mövcud bonuslar

Parimatch

Bukmeker şirkətinin idman bonusları baxımından çox da zəngin olduğunu qeyd edə bilmərik. Sadəcə idman mərclərinə bir neçə bonus təklif olunur və bunlar arasında xoş gəldin bonusu yoxdur. Bonusların əksəriyyəti isə kazino sahəsində oynayan istifadəçilər üçün əlçatandır.

Parimatch Azerbaycan bukmeker şirkətində hazırda idman mərcləri üçün mövcud olan yeganə promosiya aşağıdakıdır:

Deməli, siz voleybol, buz xokkeyi və basketbol oyunlarının hər hansı birində minimum 300 UAH (və ya manat ekvivalenti) və daha çox məbləğlə 1.50 əmsaldan yuxarı mərc yerləşdirərək, hər qazanan mərciniz üçün xallar toplaya və daha sonra bu xalları bonusa çevirə bilərsiniz. Promosiya iştirakçıları balanslarında olan hər bir xal üçün 10 UAH əldə edir. Məsələn, siz 500 xal toplamısınızsa, bunun qarşılığında 5000 UAH əldə etmiş olacaqsınız. Kombo kuponlar üçün verilən xallar təkli mərclərdə verilən xalların iki mislidir. Qeyd edək ki, mərc miqdarınız artdıqca qazana biləcəyiniz xallar da proporsional formada artır. Sistem mərcləri, keşaut ilə hesablanmış və redaktə olunmuş mərclər promosiyada iştirak etmir.

Bu promosiyalardan əlavə Parimatch Azerbaycan bukmeker şirkəti tərəfindən vaxtaşırı olaraq yüksək mükafat məbləği olan turnirlər də təşkil edilir.

Mərc şirkətində hazırda Loyallıq proqramı və VIP Klublar dəstəklənmir.

Parimatch mərc şirkətində depozit və çıxarışlar etməyin yolları

Bukmeker şirkəti hesab artırmaq və hesabdan çıxarışlar etmək üçün bir-birindən fərqli metodlar təklif edir. Bura həm bank kartları, həm elektron cüzdan, həm də kriptovalyutalar vasitəsilə edilən ödəniş metodları daxildir. Parimatch Azerbaycan mərc şirkətindəki mövcud depozit və çıxarış üsullarından bəziləri aşağıdakılardır:

Depozit metodlarından asılı olaraq tələb olunan minimum depozit və çıxarış məbləğləri fərqli ola bilər. Qeyd olunan depozit və çıxarış metodları üzrə ən aşağı məbləğ elektron cüzdanlar vasitəsilə edilən ödəmələrdə tələb olunur. Həmçinin bütün bu ödəniş metodları vasitəsilə Parimatch-a vəsaitlər göndərdikdə və çıxarış etdikdə platforma tərəfindən heç komissiya tələb olunmur. Vəsaitlərin hesabınızdan çıxarışı seçdiyiniz ödəmə metodundan asılı olaraq dəyişə bilər. Adətən tələb olunan bu müddət bir neçə dəqiqə ilə bir neçə gün ərzində dəyişir.

Parimatch Azerbaycan-da depozit etmək üçün bukmeker şirkətinin saytına daxil olduqdan sonra yuxarı sağ küncdə yer alan depozit düyməsini seçməlisiniz. Qarşısınıza fərqli depozit üsullarının yer aldığı pəncərə açılacaqdır. Deqozit üçün tələblərlə tanış olduqdan sonra istədiyiniz depozit metodunu seçərək məbləği daxil etməlisiniz. Müvafiq ödəniş metodunun detallarını daxil etdikdən sonra davam et düyməsinə klikləyərək balansınızı artıra bilərsiniz.

Париматч mərc şirkətindən çıxarış edə bilmək üçün isə yenə də hesabınıza daxil olmalı və çıxarış düyməsini seçməlisiniz. Çıxarış metodları ilə tanış olduqdan sonra istədiyiniz üsulu seçərək məlumatlarınızı daxil edib hesabınızdan çıxarış edə bilərsiniz.

VISA logo
Mastercard logo
Bank transfer logo
Bitcoin logo
Web money logo

Mövcud market növləri və bu marketlərdə mərc etmək

Parimatch mərc şirkətində həm oyunöncəsi, həm də canlı idman qarşılaşmaları üzrə geniş market növləri dəstəklənir. Bunlara, oyun nəticəsi, alt/üst, dəqiq hesab, handikaplı nəticlər, ikili şans kimi ənənəvi marketlərlə yanaşı, digər unikal marketlərdə də mərc etmək imkanı istifadəçilər üçün yaradılmışdır. Mərc edəcəyiniz idman müsabiqəsini seçdikdən sonra onu genişləndirərək bütün mövcud market növləri ilə tanış olmaq imkanınız var. Parimatch azerbaycan mövcud market növlərini həm də əsas, toplam, fora, yarımlar, dəqiq hesab, qollar kimi alt bölmələrə ayıraraq istifadəçilər üçün istədiyi marketləri rahatlıqla seçmək imkanı yaradır.

Bukmeker şirkətində mərc prosesi asan bir şəkildə təşkil edilmişdir. Mərc etmək istədiyiniz müsabiqəni seçdikdən sonra təklif olunan marketlər arasında seçiminizi edərək nəticənin üzərinə klikləməlisiniz. Dərhal ekranın sağ tərəfində sizin kuponunuz yaradılmağa başlayacaqdır. Kuponlar seçdiyiniz müsabiqələrdən asılı olaraq tək, ekspress və sistem olaraq 3 növdə mövcuddur. Müsabiqələri kuponunuza əlavə etdikdən sonra aşağı hissədə yer alan məbləğ bölməsinə daxil olaraq minimum 0.1 AZN olmaqla məbləği daxil etməlisiniz. Sizin əldə edəcəyiniz qazanc avtomatik olaraq hesablanacaqdır. Mərcinizi yerləşdirmək üçün isə kuponun ən sonunda yer alan mərc et düyməsini sıxmağınız lazımdır.

Bukmeker şirkəti tərəfindən mərclərinizdə keşaut funksiyası da istifadəçilər üçün əlçatan edilmişdir. Yaratdığınız kuponlarda keşaut seçiminin aktiv olması ssshalında istədiyiniz zaman ondan yararlana bilərsiniz.

Əmsal formatında gəldikdə isə Париматч mərc şirkəti tərəfindən azərbaycanlılar arasında ən məşhur olan onluq əmsal formatından istifadə olunur.

Parimatch-da təklif olunan idman növləri

İdman üzrə zəngin mərc seçimlərinə sahib olan Parimatch Azerbaycan-da çox sayda idman müsabiqəsinə mərc edə bilərsiniz. Bukmeker şirkətində futbol, tennis, həndbol, futsal, basketbol, stolüstü tennis, voleybol, buzüstü xokkey, UFC, boks və s. idman hadisələrinə mərc etmək mümkündür. Həmçinin qeyd olunan idman növləri üzrə idman müsabiqələri də geniş çeşidə sahibdir. Bukmeker şirkəti tərəfindən dünyanın ən məşhur, eləcə də az reputasiyaya sahib olan idman müsabiqələrinə rast gəlmək mümkündür. Bu idman növlərinə keçid üçün sol kənarda yerləşən naviqasiya panelindən və yuxarı hissədə idman növləri düyməsinin üzərinə klikləyə bilərsiniz.

Son illər ərzində istifadəçilər arasında geniş marağa səbəb olan kiber idman müsabiqələrinə mərclər də Parimatch tərəfindən istifadəçiləri üçün əlçatan edilmişdir. Kiber idman kateqoriyasını seçdikdən sonra burada Counter-Strike, Dota 2, League of Legends, Valorant, Rainbow Six, Call of Duty, StarCraft 2 kimi kiber idman müsabiqələrində mərc edə bilərsiniz.

Geniş mərc seçimlərinə sahib bölmələrdən biri də virtual idmandır. Bu bölmədə fərqli provayderlər tərəfindən təklif olunan müxtəlif idman növlərinə rast gəlmək mümkündür. Futbol, tennis, basketbol, buz xokkeyi, at yarışı, motosiklet yarışları və digər oyunlar bunlara misaldır.

Qeyd etdiyimiz kimi, bukmeker platforması üzərində istifadəçilər üçün bir-birindən fərqli bölmələrdə idman mərcləri əlçatandır. Statistikaya əsasən bu idman növləri arasında azərbaycanlı mərcsevərlər arasında daha çox diqqət görən və ən çox mərc yerləşdirilən bölmələr isə futbol və basketboldur.

Canlı mərc seçimi birbaşa yayımda

Mərc platformalarının istifadəçilər üçün canlı mərc seçimlərinin təqdim etməsi və canlı təqdim olunan müsabiqələrin sayı onların əsas üstünlüklərindən biridir. Belə ki, canlı mərclər sayəsində siz müsabiqənin gedişatını izləyə və mərclərinizdən daha əmin ola bilərsiniz. Parimatch Azerbaycan bu xüsusilə nəzərə alınmışdır və geniş canlı mərc seçimləri əlçatandır. Bir neçə fərqli idman növü üzrə təklif olunan canlı mərc funksiyasından yararlanmaq üçün istədiyiniz idman növünü seçərək, üst paneldə canlı hadisələr seçimini etməyiniz lazımdır. Müsabiqənin üzərinə klikləyərək isə daha çox market seçimi ilə tanış ola və mərclərinizi yerləşdirə bilərsiniz.

Parimatch bukmeker şirkətinin həmçinin canlı yayım dəstəyi də vardır. Canlı müsabiqələr əsasən futbol, kiber idman, basketbol, voleybol, stolüstü tennis kimi idman müsabiqələrində idman müsabiqələrində əlçatandır. İstədiyiniz müsabiqəni seçdikdən sonra qarşısındakı video ikonunu seçməlisiniz. Beləliklə həmin idman müsabiqəsini canlı olaraq izləyə bilərsiniz. Yaxşı bir cəhət də odur ki, canlı yayımlar üzrə demək olar ki, heç bir tələb yoxdur və bu bütün idman müsabiqələri üçün eynidir. Sizin yalnız mərc şirkətində qeydiyyatdan keçməyiniz yetərlidir.

Parimatch veb-saytın dizaynı və funksionallığı

Parimatch Azerbaycan mərc şirkətinin saytına daxil olduqdan sonra ilk baxışdan nisbətən daha mürəkkəb dizayn sizi qarşılayır. Lakin əslində bu heç də belə deyil. Bir neçə dəqiqə zaman sərf etdikdən sonra bunun fərqinə varacaqsınız. Bütün bölmələr sürətli bir şəkildə işləyir və ümumi tərtibat sadədir. Məsələn, qeydiyyatdan keçmək üçün yuxarı küncdəki qeydiyyat düyməsini sıxmağınız və tələb olunan az miqdarda məlumatı daxil etməyiniz lazımdır. Marketlər və mərc təcrübəsi baxımından da sadə tərtibatın olduğunu qeyd edə bilərik. Sadəcə bir neçə kliklə istədiyiniz müsabiqəni seçə və mərclərinizi asanlıqla yerləşdirə bilərsiniz.

Parimatch mərc şirkətinin saytı mobil cihazlar üçün çox yaxşı optimizasiya edilmişdir və istifadəçilərə xoş mərc təcrübəsi yaşadır. Həmçinin bukmeker şirkətinin Android və IOS əməliyyat sisteminə sahib cihazlar üçün tətbiq dəstəyi vardır.

Parimatch Azerbaycan-da güvənlik və təhlükəsizlik

Bukmeker şirkətinin əldə etdiyi bir sıra lizenziyalar əsasında onun güvənilir olduğunu qeyd edə bilərik. Şirkət öz fəaliyyətini Curaçao dövləti tərəfindən verilmiş 1668/JAZ №-li lisenziya əsasında davam etdirir. Həmçinin eyni zamanda bir sıra Şərqi Avropa dövlətlərindən də bir neçə fərqli lisenziyalar əldə etmişdir.

Mərc şirkətinin saytı isə Comodo RSA Domain Validation Secure Server CA tərəfindən tam olaraq qorunur. Məlumatların ötürülməsində 256 bitlik SSL şifrələmə standartı istifadə olunur. Bu sertifikat da beynəlxalq “Thawte Consulting” agentliyi tərəfindən yoxlanılmışdır. İstifadə edilən şifrələmə standartları və əldə edilən sertifikatlar müştərilərin şəxsi məlumatlarını, kart hesablarının güvənli bir şəkildə mərc platformasında qorunmasına zəmanət verir.

Müştəri xidməti

Mərc şirkətlərində toxunulması gərəkən mövzular biri də müştəri xidmətidir. Parimatch bukmeker şirkətinin müştəri dəstək xidmətinin yaxşı şəkildə qurulduğunu qeyd etmək lazımdır. Şirkət bir neçə fərqli üsulla istifadəçiləri üçün dəstək xidmətini əlçatan etmişdir. Bunlar onlayn çat, telegram botu, WhatsApp dəstək xidməti, elektron poçt vasitəsilə həyata keçirilir. Onlayn çatın mənfi bir tərəfi 7/24 xidmət göstərməməsidir. Dəstək xidmətində türk və rus dilləri ilə yanaşı, Azərbaycan dili də mövcuddur. Mövcud əlaqə vasitələrini öyrənmək üçün saytın sol hissəsindəki panelə kliklədikdən sonra dəstək xidmətini seçməyiniz lazımdır.

Şirkət məlumatı
Ad Pari-Match N.V.
Qərargah 22 Larnakos, 4-cü mərtəbə, Ofis 401A, Aglantzia, 2101 Nikosiya, Kipr
Əsası qoyulub 1996-cı il
Lisenziya 1668/JAZ, Kurasao
Telefon Mövcuddur
E-mail Mövcuddur
Canlı dəstək support@parimatch.com
Əlaqə formu Mövcud deyil

Parimatch Azerbaycan haqqında yekun fikirlər

Parimatch mərc şirkəti haqqında fikrimizi ümumiləşdirərkən bildirməliyik ki, mərc şirkəti Azərbaycan bazarında uğurlu faəliyyətinə baxmayaraq bir sıra inkişaf etdirilməli olan tərəfləri də vardır. Depozit və çıxarışlar zamanı bir sıra fərqli üsullar təklif edilsə də, yerli elektron ödəmə vasitələrinə rast gəlinmir. Həmçinin şirkətin dəstək xidmətinin faəliyyəti də inkişaf etdirilməli olan əsas tərəflərindən biridir.

Lakin bununla yanaşı bukmeker şirkəti azərbaycanlı istifadəçilər üçün bir sıra üstünlük tanıyır. Belə ki, şirkət minimum mərc üçün çox aşağı məbləğ təşkil edir. Həmçinin mərc şirkətinin saytı Azərbaycan dilinə tərcümə edilmişdir. Parimatch Azerbaycan təhlükəsizlik məsələlərində öz istifadəçilərini güvənli şəkildə qoruyur və əldə etdiyi sertifikatlar bunun bir göstəricisidir.

FAQ

Parimatch bukmeker şirkəti sahib olduğu beynəlxalq lisenziya əsasında Azərbaycandan olan istifadəçiləri qəbul edir. Rahatlıqla bukmeker şirkətindən qeydiyyatdan keçə və mərclərinizi yerləşdirə bilərsiniz.

Bunun üçün ilk növbədə mərc şirkətindən qeydiyyatdan keçməlisiniz. Qeydiyyat mərhələsini tamamladıqdan sonra sağ üst küncdə yer alan depozit düyməsini seçməlisiniz. Daha sonra sizə təqdim olunan ödəniş metodları arasından istədiyinizi seçərək məbləği daxil edib davam etməlisiniz. Qısa bir zaman ərzində vəsaitlər sizin hesabınızda əks olunacaqdır. Çıxarışlar üçün isə şəxsi kabinetə daxil olduqdan sonra çıxarış düyməsini seçmək lazım olacaqdır. Unutmayın ki, mərc şirkətindən çıxarış etmək üçün hesabınızı təsdiqləməniz tələb olunacaq.

Bəli, bukmeker şirkəti virtual idman növlərini tam olaraq dəstəkləyir və bir çox fərqli provayder tərəfindən çox sayda idman növlərində müsabiqələr istifadəçilər üçün təklif olunur. Futbol, basketbol, tennis, at yarışı və s. bu kimi idman növlərinə misal ola bilər.

open
Top